XİN: Ermənistan münaqişədə “üçüncü tərəf”in olmadığını növbəti dəfə sübut edir
  • DAĞLIQ QARABAĞ

  • 16:10 24 Aprel 2019

XİN: Ermənistan münaqişədə “üçüncü tərəf”in olmadığını növbəti dəfə sübut edir

Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibinin Avropa İttifaqının (Aİ) Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı mövqeyinin Ermənistan-Avropa İttifaqı hərtərəfli və genişləndirilmiş tərəfdaşlığı haqqında sazişində aydın ifadə olunduğuna və orada digər prinsiplərlə yanaşı, öz müqəddəratını təyinetmə prinsipinə də istinad edildiyin dair açıqlamasını şərh edib.

Bu barədə ONA-ya XİN-dən məlumat verilib.

 “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin Aİ-Ermənistan sazişində necə əks olunmasının detallarına varmadan, mən yalnız onu söyləyə bilərəm ki, bu açıqlama ilə Ermənistan münaqişədə məhz iki tərəfin, yəni Ermənistan və Azərbaycanın mövcudluğunu və heç bir “üçüncü tərəf”in olmaması barədə həqiqətin dəyişilməzliyini növbəti dəfə sübut edir,- deyə açıqlamada qeyd olunur.

OXŞAR XƏBƏRLƏR