XİN: Hər hansı qurumun “dövlət” kimi tanınması ABŞ-da ştat qanunverici orqanının səlahiyyətləri xaricindədir
  • DAĞLIQ QARABAĞ

  • 12:03 25 Aprel 2019

XİN: Hər hansı qurumun “dövlət” kimi tanınması ABŞ-da ştat qanunverici orqanının səlahiyyətləri xaricindədir

"24 aprel tarixində Kolorado ştatının 35 nəfərlik senatı qondarma erməni soyqırımı ilə bağlı qətnamə qəbul edib.  Bu qətnamədə Ermənistan və qondarma “artsaxın” Türkiyə və Azərbaycan tərəfindən “blokadasına” istinad edilir və guya ki, Naxçıvan Muxtar Respublikasında erməni “xristian irsinin” mədəni soyqırmının törədildiyi iddia edilir".

Bu sözləri ONA-ya açıqlmasında XİN-in Mətbuat katibi Leyla Abdullayeva ABŞ-ın Kolorado ştatının senatı tərəfindən qondarma erməni soyqırımı ilə bağlı qətnamənin qəbul edilməsi və bu qətnamədə Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılmış qondarma qurumun tanınması ilə bağlı məlumatı şərh edərkən deyib.

O bildirib ki, bəzi media nümayəndələri qətnaməni işğal altındakı torpaqlarımızda yaradılmış qondarma quruma istinadən guya həmin qurumun tanıması kimi təqdim etməyə cəhd edib: “Vurğulamaq istərdik ki, sözügedən qətnamənin mətni onu ifadə etmir və hər hansı bir qurumun “dövlət” kimi tanınması, ümumiyyətlə ştat qanunverici orqanının səlahiyyətləri xaricindədir. Onu da bildirmək istərdik ki, praktiki və hüquqi əhəmiyyəti olmayan belə simvolik qətnamələr ştatlar üçün də hər hansı bir nəticə doğurmadığı üçün qısa prosedurla qəbulu mümkün olur”.

Leyla Abdullayeva deyib ki, Azərbaycanın ABŞ-dakı Səfirliyi tərəfindən Kolorado Senatının rəhbərliyi və hər bir üzvünə ölkəmizlə bağlı yol verilmiş ciddi təhriflər və yanlışlıqların aradan qaldırılmasına çağıran məktublar göndərilib və müvafiq görüşlərin keçirilməsi nəzərdə tutulub.

Məlahət Nəcəfova

Teqlər: XİN ABŞ qətnamə bütün xəbərlər

OXŞAR XƏBƏRLƏR