XİN: "Rusiya nazirlərin Moskvada görüşünün keçirilməsi ilə bağlı müraciətlərə hörmətlə yanaşır"
  • DAĞLIQ QARABAĞ

  • 15:51 15 Mart 2019

XİN: "Rusiya nazirlərin Moskvada görüşünün keçirilməsi ilə bağlı müraciətlərə hörmətlə yanaşır"

"Moskva Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünə vasitəçilik etmək, meydança verməklə bağlı müraciətlərə hörmətlə yanaşır".

ONA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi birifinqdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün aprelin 5-də Rusiya paytaxtında keçiriləcək MDB XİN başçılarının sammiti çərçivəsində keçirilməsinin mümkünlüyü ilə bağlı suala cavabında deyib.

"Gəlin hadisələri qabaqlamayaq.  Nə zaman danışıqların keçirilməsi barədə Rusiya tərəfinə vasitəçilik etmək, meydança verməklə bağlı müraciət edirlərsə, Moskva hər zaman məlum xahişə hörmətlə baxır",- deyə Rusiya XİN sözçüsü qeyd edib.

Məlahət Nəcəfova

Teqlər: Rusiya nazirlər Qarabağ

OXŞAR XƏBƏRLƏR