XİN sözçüsü: "Dağlıq Qarabağ münaqişəsinin həllinə dair növbəti görüş gündəmdədir"
  • DAĞLIQ QARABAĞ

  • 15:44 25 Fevral 2019

XİN sözçüsü: "Dağlıq Qarabağ münaqişəsinin həllinə dair növbəti görüş gündəmdədir"

"Azərbaycan münaqişənin nəticələrini aradan qaldıracaq bütün məqsədyönümlü görüşlərin keçirilməsinə tərəfdardır".

ONA-nın məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.

O, xarici işlər nazirlərinin növbəti görüşün keçirilməsinin gündəmdə olduğunu bildirib.

"Həmsədrlərlə də bu müzakirə olundu. Görüşün tarixi və yeri dəqiqləşdikdə məlumat veriləcək", - deyə XİN sözçüsü qeyd edib

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ən yüksək səviyyədə görüşə gəlincə, o, bu barədə konkret məlumat olmadığını deyib: "Belə bir razılıq olduğu təqdirdə ictimaiyyətə məlumat veriləcək".

Məlahət Nəcəfova

Teqlər:

OXŞAR XƏBƏRLƏR