• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    16:26 25 fevral 2019

XİN sözçüsü: “Riçard Hoqland danışıqların detallarından xəbərsizdir”

“Riçard Hoqland münaqişənin həlli üzrə danışıqlardan artıq bir müddətdir ki, uzaqdır və aparılan son danışıqların detallarından xəbəri yoxdur”.

ONA xəbər verir ki, bunu XİN-in mətbuat katibi Leyla Abdullayeva ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan keçmiş həmsədri Riçard Hoqlandın “Amerikanın Səsi”nə müsahibəsinə münasibət bildirərkən deyib. XİN sözçüsü bildirib ki, müsahibəyə bu baxımdan yanaşmaq lazımdır: "Onun verdiyi şərhlər, böyük ehtimalla, bölgəyə, xüsusilə də Ermənistana sülh və tərəqqinin gətirilməsində maraqlı olmayanların şəxsi fikirlərinə əsaslanır. Çox təəssüf ki, bu insanlar müxtəlif səbəblərdən bölgəni xaos və qeyri-müəyyənliyə sürükləməyə çalışırlar. Qeyd etmək istərdik ki, Minsk Qrupunun həmsədrlərinin bəyanatlarında da qeyd edildiyi kimi, hər iki əhalinin sülhə hazırlanması üzrə konkret tədbirlərin görülməsinə dair razılıq mövcuddur".

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun keçmiş amerikalı həmsədri Riçard Hoqland "Amerikanın səsi"nə müsahibəsində deyib ki, Ermənistanın yeni baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində radikal addımlardan çəkinməlidir.

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR