• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    12:58 27 fevral 2019

İtaliya parlamentində Xocalı soyqırımının ildönümü münasibətilə tədbir keçirilib

İtaliya Parlamentində Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar italyan jurnalist Barbara Kassaninin müəllifi olduğu “Bakıda bir taksi sürücüsü: Kəmalənin hekayələri” adlı romanının təqdimatı keçirilib.

ONA xəbər verir ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindən məcburi köçkün düşmüş bir ailənin Bakı və Roma şəhərləri arasında cərəyan edən hekayəsindən bəhs edən romanın ideyası kitabın müəllifinin bir neçə il öncə Azərbaycana səfəri zamanı məcburi köçkün düşmüş bir taksi sürücüsünün ona bəhs etdiyi təsirli həyat hekayəsindən qaynaqlanır.

Romanın süjet xətti və qəhrəmanları müəllifin təxəyyülünün nəticəsi olsa da, onun sonundakı “Kəmalənin hekayələri” adlı əlavədə təqdim olunan real hekayələr kitabın müəllifinin münaqişənin həqiqi qurbanları olmuş, Ermənistandan və habelə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindən və digər ətraf rayonlardan qaçqın və məcburi köçkün düşmüş və yurd-yuvalarına qayıtmaq ümidi ilə yaşayan yeddi azərbaycanlı qadınla müsahibələri əsasında hazırlanıb. Kitabda eləcə də ailə hekayəsi fonunda ölkəmizin tarixi, mədəniyyəti, memarlığı, xalqımızın ənənələri, gündəlik həyat tərzi, ölkəmizdə mövcud multikultural mühit barədə də məlumat verilir.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR