• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    15:14 6 aprel 2019

Zakir Həsənov: "Təlimlər genişmiqyaslı hücum əməliyyatlarının keçirilməsi məqsədinə xidmət edir"

"Ermənistanın hərbi-siyasi rəhbərliyinin son zamanlar səsləndirdiyi məsuliyyətsiz çıxışlar cəbhə xəttində gərginliyin artmasına səbəb olacaq”.

ONA-nın məlumatına görə, bu sözləri general-polkovnik Zakir Həsənov Mərkəzi Komanda Məntəqəsində keçirilən müşavirədə deyib.

O bildirib ki, plana uyğun olaraq keçirilən bütün təlimlərin genişmiqyaslı hücum əməliyyatlarının aparılması məqsədinə xidmət edir. Nazir bütün səviyyələrdən olan komandir və rəis heyətinə düşmənin fəaliyyətinin daim müşahidə edilməsi, hərəkətinin nəzarətdə saxlanılması, onun törədə biləcəyi istənilən təxribata qətiyyətli cavab vermələri və hər an aktiv döyüş əməliyyatlarının başlanmasına hazır olmaları barədə konkret göstərişlər verib.

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR