Zaxarova: “Konkret bəyanatları şərh etməyin mənası yoxdur”
  • QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

  • 18:20 04 Aprel 2019

Zaxarova: “Konkret bəyanatları şərh etməyin mənası yoxdur”

“Mənə elə gəlir ki, konkret bəyanatları şərh etməyin mənası yoxdur”.

ONA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirilən brifinqdə Ermənistanın müdafiə naziri David Tonoyanın ABŞ-da erməni diaspor nümayəndələri ilə görüşündə səsləndiridyi bəyanatla bağlı suala cavabında bildirib.

"Mən, konkret deyilən firkirləri qiymətləndirə bilmərəm. Mən Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin sülh və siyasi diplomatik yolla həllinin tərəfdarı olduğunu təsdiqləyə bilərəm. Sözsüz ki, münaqişə tərəflərinin qarşılıqlı razılığı prioritetdir. Mövqelərdə yaxınlaşma varsa, biz bunu dəstəkləyirik. Biz, danışıqlar prosesinə yardım edirik, təmasları dəstəkləyirik", - deyə Rusiya XİN sözçüsü qeyd edib.

Məlahət Nəcəfova

Teqlər: Zaxarova Rusiya XİN bütün xəbərlər

OXŞAR XƏBƏRLƏR