Ziyafət Əsgərov: “1905-ci ildə İrəvandan Rusiya Dumasına 5 deputat seçilib, 5-i də azərbaycanlı olub”
  • DAĞLIQ QARABAĞ

  • 15:33 24 May 2019

Ziyafət Əsgərov: “1905-ci ildə İrəvandan Rusiya Dumasına 5 deputat seçilib, 5-i də azərbaycanlı olub”

“Biz hər bir sahədə güclü olmalıyıq ki, gələcəkdə başımıza bəlaların gəlməsinin qarşısını alaq”.

ONA-nın məlumatına görə, bunu bu gün Milli Məclisdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri ilə görüşdə “Azərbaycanda təhlükəsizlik sistemi. Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları”  mövzusunda çıxış edən Mili Məclis sədrinin birinci müavini, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib.

Z. Əsgərov deyib ki, 1992-1993-cü illərdə hakimiyyətdə olan AXCP-Müsavat cütlüyü böyük bəlalara səbəb olub: “Həmin illərdə Heydər Əliyev hakimiyyətdə olsaydı, başımıza o bəlalar gəlməz, torpaqlarımız işğal edilməzdi”.

I vitse-spiker Prezident İlham Əliyevin status-kvonun dəyişməli olduğunu bəyan etdiyini xatırladıb: “Ermənistanın iqtisadiyyatı bərbad vəziyyətdədir. Ancaq Ermənistanın arxasında duran havadarlar münaqişənin həllinə imkan vermirlər. Ancaq status-kvo dəyişməlidir”.

Z. Əsgərov qeyd edib ki, beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanısa da, əməldə heç nə etmirlər: “Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır. 1828-1830-cu illərdə Türkiyə və İrandan on minlərlə erməni Azərbaycan ərazilərinə köçürülüb. 1905-ci ildə İrəvandan çar Rusiyasının Dumasına 5 deputat seçilib, 5-i də azərbaycanlı olub. Əgər İrəvan erməni şəhəri idisə, ermənilər yaşayırdısa, niyə Dumaya erməni deputat seçilmirdi? Bu, faktdır, bunu ermənilər də bilir”.

Ramiz Mikayıloğlu

Teqlər: Ziyafət Əsgərov bütün xəbərlər

OXŞAR XƏBƏRLƏR