Siyavuş Novruzov: “ABŞ, Rusiya və Fransa Ermənistana hər hansı təsir göstərmir”
  • QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

  • 16:04 24 May 2019

Siyavuş Novruzov: “ABŞ, Rusiya və Fransa Ermənistana hər hansı təsir göstərmir”

“Türkiyənin ATƏT-in Minsk qrupunun həmsədri olması bir zaman müzakirə olundu. Ancaq məsələ konsensusla həll olunur, Ermənistan Türkiyənin Minsk qrupuna həmsədrliyini istəmir”.

ONA-nın məlumatına görə, bunu bu gün Milli Məclisdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri ilə görüşdə Mili Məclis sədrinin birinci müavini, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib. 

Z. Əsgərov deyib ki, bu gün Minsk qrupunun 3 həmsədrinin hər biri BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür: “Ona görə Türkiyə həmsədr olsa da, vəziyyət dəyişməyəcək. Dünya ədalətsizdir. Azərbaycan daim özü güclənməlidir”.

O nəzərə çatdırıb ki, bu yaxınlarda Prezident İlham Əliyev müsəlman dövlətlərin səfirlərini qəbul edib: “Müsəlman dövlətlərin birləşməsinə ehtiyac var. Təəssüf ki, xristian dövlətlərdən fərqli olaraq, müsəlman dövlətlərin arasında böyük problemlər, parçalanma var”.

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov Ermənistana təsir etmək gücünə malik dövlətlərin Minsk qrupuna həmsədr olmasını məqbul sayıb: “ABŞ, Rusiya və Fransanın Ermənistana təsir imkanları var, amma işğalçıya hər hansı təsir göstərilmir”.
 

OXŞAR XƏBƏRLƏR