Ziyafət Əsgərov: “Azərbaycan danışıqların formatının dəyişdirilməsinin qəti əleyhinədir”
  • DAĞLIQ QARABAĞ

  • 15:08 12 Mart 2019

Ziyafət Əsgərov: “Azərbaycan danışıqların formatının dəyişdirilməsinin qəti əleyhinədir”

“Biz separatçı rejimi tanımırıq. Sözsüz ki, Ermənistan rəhbərliyinin qeyri-səmimi davranışı sülh danışıqlarının düzgün məcrada aparılmasına maneə yaradır”.

ONA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

Z.Əsgərov bildirib ki, Ermənistan danışıqlardan qaçmaq, pozmaq üçün hər zaman müxtəlif bəhanələr atır ki, format dəyişdirilsin, separatçı rejim danışıqlarda iştirak etsin: “Bu format 1992-ci ildən ATƏT-in Minsk qrupu tərəfindən təsdiq edilib və danışıqlar da bu istiqamətdə davam etməlidir. Bizim mövqeyimiz hamıya – beynəlxalq ictimaiyyətə, ATƏT-in Minsk qrupuna bəllidir. Azərbaycan formatın dəyişdirilməsinin qəti əleyhinədir. Çünki münaqişə Azərbaycan və Ermənistan arasındadır, Ermənistan torpaqlarımızı işğal edib. Amma Ermənistan hər vəchlə danışıqların bu formatda aparılmasına mane törətməyə çalışır. Ona görə Minsk qrupu da hesab edir ki, danışıqlar formatı dəyişilməz olaraq qalmalıdır. Bu istiqamətdə danışıqlar gedəcəksə, biz bunun tərəfdarıyıq. Amma Ermənistan imitasiya yaradır, danışıqların aparılmasını pozmaq istəyir. Biz həm beynəlxalq hüquqdan, həm ordumuzdan, həm də beynəlxalq dəstəkdən istifadə edib, istənilən vasitə ilə torpaqlarımızı işğaldan azad etməyə hazırıq. Bütün hallarda biz istəyirik ki, münaqişə danışıqlar yolu ilə həllini tapsın. Əgər başqa variant olacaqsa, biz buna da hazırıq”.

Ramiz Mikayıloğlu

Teqlər:

OXŞAR XƏBƏRLƏR