• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    15:35 13 mart 2019

Salome Zurabişvili: “Ermənilər və azərbaycanlılar Gürcüstanda sülh içində yaşamalıdır”

“Ermənilər və azərbaycanlılar Gürcüstanda sülh içində yaşamalıdır”.
ONA “news.am”-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili erməni həmkarı Armen Sarkisyanla görüşdən sonra deyib.
“Yaşadığımız regionda sülh və stabillik həlledici rol oynayır. Bu, regionun və ölkələrimizin iqtisadi inkişafı üçün əsas şərtdir”, - deyə S.Zurabişvili vurğulayıb.
Gürcüstan prezidenti bildirib ki, regionda mövcud olan münaqişələrin beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə həlli vacibdir. Onun sözlərinə görə, münaqişələr ölkələrin inkişafını ləngidir və onlar dialoq və danışıqlar yolu ilə həll edilməlidir.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR