ABŞ Həsən Ruhaniyə və İranın XİN rəhbərinə viza verib
  • DÜNYA

  • 22:26 19 Sentyabr 2019

ABŞ Həsən Ruhaniyə və İranın XİN rəhbərinə viza verib

ABŞ rəsmiləri gələn həftə Nyu-Yorkda baş tutacaq BMT Baş Assambleyasının iclasında iştirak etmələri üçün İran prezidenti Həsən Ruhanini və ölkənin xarici işlər naziri Cavad Zərifi viza ilə təmin edib.

APA xəbər verir ki, bu barədə cümə axşamı “TASS” agentliyinə İranın BMT-dəki nümayəndəsi Əlirza Miruzəfi məlumat verib.

Öz növbəsində İran XİN-in nümayəndəsi Abbas Musəvi öz “Twitter” səhifəsində Cavad Zərifin BMT Baş Assambleyasında iştirak etmək niyyətində olduğunu təsdiqləyib: “Xarici işlər naziri Cavad Zərif BMT Baş Assambleyasının 74-cü sessiyasında iştirak etmək üçün cümə günü səhər Nyu-Yorka səfər edəcək”.

Qeyd edək ki, çərşənbə günü “ISNA” agentliyinin bildirdiyinə görə, ABŞ İran nümayəndəliyinin üzvlərini viza ilə təmin etməzsə, İran prezidenti Həsən Ruhani sentyabrın sonlarında Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasında iştirak etməyə bilər. Vizanın olmamasını ölkənin XİN rəhbəri də təsdiqləyib.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR