• DÜNYA

    03:38 6 yanvar 2020

ABŞ İraq parlamentinin xarici qoşunların çıxarılması ilə bağlı qətnaməsini məyusluqla qarşılayıb

ABŞ hakimiyyəti İraq Nümayəndələr Şurasının (Parlament) ölkədə xarici dövlətlərin hərbi qüvvələrinin iştirakından imtina edilməsi ilə bağlı səs verməsindən çox məyusdur.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Morqan Ortequs bildirib.

“Birləşmiş Ştatlar bu gün Nümayəndələr Şurasında verilən qərarlardan məyusdur. Bugünkü qətnamənin hüquqi statusu və təsirləri ilə bağlı sonrakı izahları gözləməklə yanaşı, İraq liderlərini iki ölkənin iqtisadiyyat və təhlükəsizlik sahələrindəki əlaqələrinin əhəmiyyətini, habelə İŞİD-ə qarşı mübarizədə beynəlxalq koalisiyanın mövcudluğunun davamlılığını yenidən nəzərdən keçirməyə çağırırıq”, - Ortequs belə deyib.

Eyni zamanda, Ortequs İŞİD-ə qarşı birgə mübarizənin hər iki ölkənin maraqlarına uyğun olduğunu vurğulayıb: “Bu administrasiya suveren, sabit və çiçəklənən İraqa sadiqdir”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR