• DÜNYA

    13:58 31 dekabr 2019

Aksiyaçılar ABŞ-ın İraqdakı səfirliyini zəbt edib

Aksiyaçılar ABŞ-ın Bağdaddakı səfirliyinin binasına daxil olublar.

ONA-nın xəbərinə görə, bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.

Qeyd edək ki, bundan öncə ABŞ səfirliyinin binasının boşaldıldığı açıqlanıb.

***

saat 13.43

ABŞ-ın İraqdakı səfirliyi boşaldılıb.

ONA-nın xəbərinə görə, bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.

Səfirlik binasının bir hissəsində yanğın törədilib.

Qeyd edək ki, bu gün ABŞ-ın Bağdaddakı səfirliyi qarşısında etiraz aksiyası başlayıb. Aksiyaya yüzlərlə iraqlı qatılıb. Aksiya iştirakçıları dekabrın 29-da ABŞ hərbi qüvvələrinin İraqda "Xətaib Hizbullah" qruplaşmasının mövqelərinə endirilən zərbə nəticəsində onlarla döyüşçünün ölməsi və yaralanmasına etirazlarını bildirirlər. Aksiyaçılar səfirlik binasına daxil olmağa çalışırlar.

ONA

Teqlər:

SON XƏBƏRLƏR