• DÜNYA

    23:48 3 sentyabr 2019

ABŞ İranın Kosmik Agentliyini də sanksiya siyahısına əlavə edib

ABŞ İran Kosmik Agentliyinə və iki araşdırma institutuna qarşı sanksiya tətbiq edib.

APA-nın "The Hill" qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ dövlət katibi Mayk Pompeo bəyanat yayıb.

Dövlət katibi bildirib ki, sanksiyalar İran Kosmik Agentliyinə və iki araşdırma institutuna - İran Kosmik Tədqiqat Mərkəzi və Astronavtika Tədqiqat İnstitutuna tətbiq olunacaq.

“ABŞ İrana kosmik buraxılış proqramını ballistik raket proqramlarını inkişaf etdirmək üçün vasitə kimi istifadə etməsinə icazə verməyəcək. Avqustun 29-da İranın kosmik buraxılış qurğusunu işə salması cəhdi təhlükənin aktuallığını bir daha göstərdi", - deyə M.Pompeo bəyanatında qeyd edib.

ABŞ dövlət katibi bildirib ki, beynəlxalq elmi ictimaiyyət İranın kosmik proqramı ilə əməkdaşlıq edərkən Tehranın nüvə silahı sistemini inkişaf etdirməsinə töhfə verə biləcəyi təhlükəsini də nəzərə almalıdır.

Zümrüd

Teqlər:

SON XƏBƏRLƏR