• DÜNYA

    18:50 29 oktyabr 2019

ABŞ Prezidenti İŞİD liderini əvəz edəcək şəxsin də öldürüldüyünü açıqlayıb

İŞİD terror təşkilatının lideri Əbubəkr əl-Bağdadini əvəz edəcək şəxs də öldürülüb.

APA-nın xəbərinə görə, bu barədə ABŞ Prezidenti Donald Tramp “Twitter”də bildirib. Onun sözlərinə görə, əl-Bağdadinin xələfi ABŞ hərbçiləri tərəfindən məhv edilib.

“Çox güman ki, o ən yaxşı yeri tutacaqdı. Artıq o da ölüdür!”, - deyə D. Tramp vurğulayıb.

ABŞ Prezidenti öldürülən terrorçunun adını açıqlamayıb.

Qeyd edək ki, Prezident D. Tramp İŞİD terror təşkilatının lideri Əbubəkr əl-Bağdadinin ABŞ hərbçilərinin Suriyanın İdlib vilayətində keçirdiyi əməliyyat zamanı öldürüldüyünü bəyan edib. İŞİD-in yeni liderinin Abdullah Qardaş olması barədə məlumatlar yayılıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR