ABŞ S-400 zenit-raket sistemilə bağlı İraqa qarşı sanksiyalar tətbiq edə bilər
  • DÜNYA

  • 07:01 15 Yanvar 2020

ABŞ S-400 zenit-raket sistemilə bağlı İraqa qarşı sanksiyalar tətbiq edə bilər

 

 

“İraq Rusiyadan S-400 zenit-raket kompleksi alacağı təqdirdə ABŞ-ın sanksiyaları ilə üzləşə bilər”. 

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət katibinin Yaxın Şərq üzrə köməkçisinin birinci müavini Coi Hud deyib.

“Sözügedən satınalma sanksiyalar üçün bir tətik ola bilər, buna görə tərəfdaşlarımıza belə alış-veriş etməməyi məsləhət görürük”, - deyə C.Hud Vaşinqtonda Yaxın Şərq Araşdırmaları İnstitutunda baş tutan tədbirdə bildirib.

Qeyd edək ki, İraq Rusiyaya məxsus S-400 zenit-raket sistemlərinin alınmasını nəzərdən keçirir və bu barədə rəsmi Moskva ilə məsləhətləşmələrə başlayıb.

Rəşad Sarıyev

Teqlər:

OXŞAR XƏBƏRLƏR