Avstriya XİN kiberhücuma məruz qalıb
  • DÜNYA

  • 15:11 05 Yanvar 2020

Avstriya XİN kiberhücuma məruz qalıb

Yanvarın 4-də Avstriya Xarici İşlər Nazirliyinin (XİN) kompüter şəbəkəsi genişmiqyaslı haker hücumuna məruz qalıb.

ONA-nın “Alman dalğası”na istinadən verdiyi məlumata görə, Avstriya XİN müəyyən bir dövlət qurumu tərəfindən məqsədyönlü hücuma məruz qaldıqlarını bəyan edib.

Eyi zamanda əvvəllər digər Avropa ölkələrinin də belə kiberhücumların hədəfi olduğu xatırladılıb. Ancaq bununla belə, Avstriya XİN haker hücumunun tipi və nəticələrini açıqlamayıb. Qeyd edilib ki, Avstriya XİN-də problem tez aşkarlanıb və müvafiq tədbirlər görülüb. Haker hücumunun nəticələri aradan qaldırıldıqdan sonra xüsusi koordinasiya komitəsi yaradılıb.

Qeyd edək ki, Avstriya XİN-ə kiberhücum Yaşıllar Partiyasının Avstriya Xalq Partiyası ilə koalisiya hökumətinin proqramının bəyənilməsi ilə bağlı növbədənkənar qurultayının keçirildiyi günə təsadüf edib.

 

 

OXŞAR XƏBƏRLƏR