Beyrutda iğtişaşlar zamanı xəsarət alanların sayı 490-a çatıb - [color=red]YENİLƏNİB-2[/color]
  • DÜNYA

  • 00:12 09 Avqust 2020

Beyrutda iğtişaşlar zamanı xəsarət alanların sayı 490-a çatıb - YENİLƏNİB-2

Livanın paytaxtı Beyrutda etirazçılar və təhlükəsizlik qüvvələri arasında baş verən toqquşmalarda xəsarət alanların sayı 490 nəfərə çatıb.

APA xəbər verir ki, “Al Manar” telekanalı məlumat yayıb.

Bundan əvvəl 238 nəfərin xəsarət aldığı bildirilmişdi.

***

Saat 22:34

Livanın paytaxtı Beyrutda etirazçılar və təhlükəsizlik qüvvələri arasında baş verən toqquşmalarda xəsarət alanların sayı 230 nəfəri keçib.

APA xəbər verir ki, bu barədə Qırmızı Xaç Cəmiyyətinin Livan ofisinin “Twitter” səhifəsində məlumat yayılıb.

Bundan əvvəl 172 nəfərin xəsarət aldığı bildirilmişdi.

“Xəsarət alan 63 nəfər yaxınlıqdakı xəstəxanalara çatdırıldı. 175 yaralıya yerində tibbi yardım göstərilib”, - deyə məlumatda qeyd olunub.

***

Saat 21:34

Livanın paytaxtı Beyrutda etirazçılar və təhlükəsizlik qüvvələri arasında baş verən toqquşmalarda xəsarət alanların sayı 172 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə Qırmızı Xaç Cəmiyyətinin Livan ofisinin “Twitter” səhifəsində məlumat yayılıb.

Bundan əvvəl 142 nəfərin xəsarət aldığı bildirilmişdi.

“Xəsarət alan 55 nəfər yaxınlıqdakı xəstəxanalara çatdırıldı. 117 yaralıya yerində tibbi yardım göstərilib”, - deyə məlumatda qeyd olunub.

***

Saat 20:26

Livanın paytaxtı Beyrutda nümayişçilərlə güc strukturları arasında yaranan qarşıdurmalarda xəsarət alanların sayı 130-a çatıb.

APA xəbər verir ki, bu barədə Qırmızı Xaç cəmiyyətinin Livan ofisi özünün “Twitter” səhifəsində bildirib.

Buna qədər 60 nəfərin xəsarət aldığı deyilirdi.

“28 yaralı yaxınlıqdakı xəstəxanalara aparılıb. 102 nəfərə isə yerində tibbi yardım göstərilir”, - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Beyrutda minlərlə insan hökumətin istefası və islahatlar tələbi ilə küçələrə çıxaraq hökumət əleyhinə mitinqlərə başlayıblar. Nəticədə etirazçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşmalar baş verib.

Sərxan Kamallı

Teqlər:

OXŞAR XƏBƏRLƏR