• DÜNYA

    13:31 3 may 2020

BMT-nin baş katibi jurnalistlərə müraciət edib - VİDEO

BMT-nin baş katibi Antonio Quterreşin 2020-ci il Ümumdünya Mətbuat Azadlığı Günü ilə bağlı müraciət edib.

APA həmin müraciəti təqdim edir:

"Qorxusuz və qərəzsiz jurnalistika»

Jurnalistlər və media işçiləri əsaslandırılmış qərarlar qəbul etməkdə bizə çox vacib kömək göstərirlər.

Dünyanın COVİD-19 pandemiyasına qarşı mübarizə apardığı bir şəraitdə bu qərarlar ölüm-qalım əhəmiyyəti daşıya bilər.

Ümumdünya Mətbuat Azadlığı Günündə hökumətləri və digərlərini COVID-19 pandemiyası zamanı və ondan sonrakı dövrdə jurnalistlərə öz işlərini yerinə yetirə biləcəklərinə təminat verməyə çağırırıq.

Koronavirus pandemiyasının yayılması həmçinin dezinformasiya pandemiyasına səbəb olub – sağlamlığa zərərli tövsiyələrdən tutmuş konspirologiya nəzəriyyələrinə kimi.

Mətbuat isə buna qarşı bir çarədir: təsdiqlənmiş, elmə əsaslanan, faktlara söykənə xəbərlər və təhlillə.

Lakin pandemiya başlayandan bəri bir çox jurnalistlər sadəcə öz işlərini yerinə yetirdiklərinə görə artan məhdudiyyətlərə və cəzalara məruz qalır.

Koronavirus infeksiyasına qalib gəlmək üçün hərəkət azadlığına müvəqqəti məhdudiyyətlər önəmlidir.

Lakin bunlar jurnalistlərin peşə fəaliyyəti ilə məşğul olma imkanlarını məhdudlaşdırmaq üçün bəhanə kimi istifadə edilməməlidir.

Bu gün biz mediaya faktlar və təhlillər təqdim etdiyinə görə təşəkkür edirik.

Hər bir sektorda rəhbərlərin hesabat verməsini təmin etdiyinə və hakimiyyətə həqiqəti söylədiklərinə görə.

Əhalinin sağlamlığı haqqında xəbərləri ilə həyati vacib rol oynayanlara xüsusilə minnətdarıq.

Biz hökumətləri media işçilərini müdafiə etməyə, habelə mətbuat azadlığını möhkəmləndirməyə və dəstəkləməyə çağırırıq.

Bunlar hamı üçün sülhün, ədalətin və insan hüquqlarının təmin olunacağı gələcəyi qurmaqdan ötrü mühüm əhəmiyyət kəsb edir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR