• DÜNYA

    05:24 14 dekabr 2019

Bakıda “Infiniti”i markalı avtomobillə “Mitsubishi” toqquşub - FOTO

Bakının Nəsimi rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, “Infiniti” markalı avtomobili idarə edən xanım sürücü 3-cü mikrorayon dairəsində “Mitsubishi” markalı avtomobilə çırpılıb. “Infiniti”yə ciddi ziyan dəyib. Hadisədən sonra xanım sürücü “Mitsubishi”nin sahibi ilə mübahisə edib.

Əraziyə əvvəlcə Yol Patrul Xidmətinin, sonra isə Post Partul Xidmətinin əməkdaşları cəlb edilib. Xanım sürücü sənədlərini təqdim etməkdən boyun qaçırıb. Hər iki sürücünün izahatı alınıb.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR