İndoneziya hökuməti cəngəlliklərdə yeni paytaxt inşa etməyi düşünür
  • DÜNYA

  • 03:38 06 Sentyabr 2019

İndoneziya hökuməti cəngəlliklərdə yeni paytaxt inşa etməyi düşünür

İndoneziya prezidenti Kalimantan cəngəlliklərində (Borneo adası) yeni paytaxtın salınacağını elan edib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, Cakartanın ekoloji və iqtisadi problemləri səbəbindən İndoneziya hakimiyyəti paytaxtı başqa yerə köçürmək qərarına gəlib. Şəhərin bir hissəsi hər il on santimetr suyun altında qalır və daşqın təhlükəsi qaçılmazdır.

Bildirilir ki, yeni paytaxt ərazisində zəlzələ, sunami, sürüşmə və vulkan püskürməsi kimi təbii fəlakətlər az qeydə alınır. Lakin ərazi meşə yanğınlarına meyllidir.

Bəzi ekoloji təşkilatlar yeni paytaxtın təbiətə zərər verə biləcəyinə düşünürlər. Ətraf Mühitin Mühafizəsi Departamenti layihənin ekoloji qiymətləndirməsi üzərində işləyir və noyabr ayına qədər tamamlanacağına ümid edir. Layihə təsdiqlənərsə, tikinti 2021-ci ildə başlayacaq.

Yeni paytaxt tikintisinin dəyəri 32,7 milyard dollar qiymətləndirilir. Paytaxt üçün hələ ad seçilməyib.

OXŞAR XƏBƏRLƏR