İnquşetiyanın ekstremizmə qarşı mübarizə mərkəzinin rəhbəri Moskvada güllələnib - [color=red]VİDEO[/color]
  • DÜNYA

  • 04:08 03 Noyabr 2019

İnquşetiyanın ekstremizmə qarşı mübarizə mərkəzinin rəhbəri Moskvada güllələnib - VİDEO

İnquşetiyanın ekstremizmə qarşı mübarizə mərkəzinin rəhbəri İbrahim Elcarkiyev Moskvada güllələnərək öldürülüb.

APA xəbər verir ki, bu barədə “RİA Novosti”yə İstintaq Komitəsi məlumat verib. Şöbədən bildirilib ki, faktla əlaqədar cinayət işi başlanılıb.

Bundan əvvəl paytaxt polis idarəsinin mətbuat xidməti agentliyə Akademik Anoxin küçəsində baş verən atışma barədə məlumat vermişdi. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının dediyinə görə, naməlum şəxs tapança ilə iki nəfəri vurub. “RİA Novosti”nin mənbəyi cinayətkarın tutulması üçün paytaxtda “Saxlanılma” planının tətbiq olunduğunu da söyləyib. Agentliyin həmsöhbəti qeyd edib ki, silahlı insident zamanı öldürülən digər şəxs Elcarkiyevin qardaşıdır.

Daxili İşlər Nazirliyinin regional bölməsindən verilən məlumata görə, silahlı hücum “Lada Granta” markalı avtomobillə hərəkət edən naməlum şəxslər tərəfindən həyata keçirilib.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR