• DÜNYA

    07:55 7 yanvar 2020

İqor Korotçenko: “Rusiya İraqın hava hücumundan müdafiə sistemini inkişaf etdirə bilər”

“İraq Rusiyanın “S-400” raket sisteminin köməyi ilə hava hücumundan müdafiə sistemini inkişaf etdirə bilər”

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya Müdafiə Nazirliyinin ictimai şurasının üzvü İqor Korotçenko deyib.

O bildirib ki, İraq hərbi-texniki əməkdaşlıq sahəsində Rusiyanın tərəfdaşıdır: “Rusiya Federasiyası İraqın suverenliyini və hava məkanının etibarlı müdafiəsini təmin etmək üçün lazımi vəsaiti, “S-400” raket kompleksini, o cümlədən “Bum-M3”, “Tor-M2” kimi digər hava hücumundan müdafiə sistemi komponentlərini tədarük edə bilər”.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR