İran Britaniya ilə münasibətləri konsulluq səviyyəsinə endirməyə hazırlaşır
  • DÜNYA

  • 12:50 19 Yanvar 2020

İran Britaniya ilə münasibətləri konsulluq səviyyəsinə endirməyə hazırlaşır

İran parlamentinə Tehran və London münasibətlərinin səviyyəsinin azaldılmasına dair layihə təqdim edilib.

APA-nın Tehran bürosunun məlumatına görə, 23  deputatın imzaladığı layihə bu gün İran parlamentinin Rəyasət Heyətinə təqdim olunub.

Parlamentdə müzakirəyə çıxarılacaq layihədə İran və Böyük Britaniya arasında diplomatik əlaqələrin  konsulluq səviyyəsinə endirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, bir müddət öncə Britaniya səfiri İranda keçirilən etiraz aksiyasının təşkilində və aksiyada iştirakda günahlandırılıb. İran bununla əlaqədar Britaniyaya iki etiraz notası göndərib.

 

Süleyman Fərzəliyev

Teqlər: İran Britaniya bütün xəbərlər

OXŞAR XƏBƏRLƏR