• DÜNYA

    07:33 6 oktyabr 2019

İran kosmosa öz astronavtını göndərmək niyyətindədir

Tehran digər dövlətlərlə əməkdaşlıq yaradaraq, orbitə öz kosmonavtını göndərmək niyyətindədir.

APA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə İranın informasiya və kommunikasiya naziri Cavad Azari Cahromi bildirib.

ABŞ-ın bu ölkəyə məxsus 3 kosmik araşdırmalar qurumuna qarşı sanksiya tətbiq etməsinə baxmayaraq, Tehran bu istiqamətdə öz işlərini dayandırmaq fikrində deyil.

Bildirilir ki, İran canlıların kosmosa göndərilməsi üzrə artıq təcrübəyə malikdir. 2013-cü ildə iranlı mütəxəssislər iki dəfə primatları kosmosa göndərə biliblər.

ONA

Teqlər:

SON XƏBƏRLƏR