• DÜNYA

    07:55 18 oktyabr 2020

İrana qarşı tətbiq olunmuş silah embarqosunun müddəti başa çatıb

İranla hərbi-texniki əməkdaşlığa dair məhdudiyyətlərin müddəti başa çatıb.

APA xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin açıqlamasında ​​deyilir.

“Silahların ötürülməsinə qoyulmuş bütün məhdudiyyətlər, bununla əlaqəli fəaliyyətlər, İrana və İran tərəfindən maliyyə xidmətlərinin göstərilməsi, eləcə də əvvəllər bir sıra İran vətəndaşlarına və rəsmi hərbi vəzifəlilərə qarşı tətbiq olunan ölkəyə giriş və ya BMT üzvü olan dövlətlərin ərazilərindən tranzitlə keçməklə bağlı bütün qadağalar avtomatik olaraq fəaliyyətini dayandırır”, - məlumatda belə deyilir.

Qeyd edək ki, 2015-ci ildə Böyük Britaniya, Almaniya, Çin, Rusiya, ABŞ, Fransa və İran Birgə Hərtərəfli Fəaliyyət Planı barədə razılığa gələrək, Tehranın nüvə sahəsindəki öhdəliklərinin qarşılığında İrana qarşı sanksiyaları ləğv ediblər. Elə həmin il BMT Təhlükəsizlik Şurası silah embarqosunun 18 Oktyabr 2020-ci il tarixində sona çatacağı ilə bağlı 2231 saylı qətnamə qəbul edib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR