Türkiyə-İran sərhədində zəlzələ Naxçıvanda 3-4 bal hiss edilib - [color=red]YENİLƏNİB[/color]
  • DÜNYA

  • 10:37 23 Fevral 2020

Türkiyə-İran sərhədində zəlzələ Naxçıvanda 3-4 bal hiss edilib - YENİLƏNİB

Türkiyə-İran sərhədində zəlzələ Naxçıvanda hiss edilib.

ONA-nın Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi məlumata görə, bu gün yerli vaxtla saat 09:52-də Naxçıvan stansiyasından 110 km cənub-qərbdə Türkiyə-İran sərhədində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb.

Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib. Zəlzələ Naxçıvan Muxtar Respublikası ərazisində 4-3 bala qədər hiss olunub.

***

saat 10.28

Bu gün səhər saatlarında İranda güclü zəlzələ olub.

ONA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 08.53 radələrində İranın Xoy şəhərində 5.9 maqnitudalı zəlzələ olub.

Dağıntı və tələfat barədə məlumat verilmir.

OXŞAR XƏBƏRLƏR