• DÜNYA

    07:50 27 dekabr 2020

İranda qar uçqunu nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb - YENİLƏNİB

İran paytaxtının şimalında qar uçqunu nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə “IRIB” teleradio şirkəti xilasedicilərə istinadən məlumat yayıb.

Bundan əvvəl 8 nəfərin öldüyü bildirilirdi.

“Bu saata qədər dağlıq ərazidə doqquz cəsəd tapılıb, daha bir nəfər isə xəstəxanada ölüb”, - məlumatda belə deyilir.

***

Saat 04:10

İranın paytaxtı Tehran yaxınlığında dağda baş vermiş qar uçqunu nəticəsində azı 8 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə “Tehran Times” qəzeti İran Alpinizm Federasiyasının tibb komitəsinə istinadən məlumat yayıb.

Məlumata görə, komitənin rəhbəri cümə günü iki alpinistin öldüyünü bildirsə də, şənbə günü daha altı nəfərin cəsədinin tapıldığını deyib.

Qəzet yazır ki, son günlərdə İranın bir neçə bölgəsində güclü qar yağması müşahidə olunur.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR