• DÜNYA

    19:22 26 yanvar 2020

İranda uçuş zamanı təyyarədə yanğın olub

İranda uçuş zamanı təyyarədə yanğın başlayıb.

ONA-nın Mehr agentliyinə istinadən verdiyi məlumata görə, hadisə bu gün günün ikinci yarısında baş verib.

Ölkənin şimalındakı Qorqandan Tehrana uçan təyyarənin mühərrikində yanğın başlayıb. Pilot təyyarəni aeroporta endirməyi bacarıb. Sərnişinlər arasında xəsarət alan olmayıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR