• DÜNYA

    06:54 12 yanvar 2020

İranda vurulan təyyarənin "qara qutu"larının oxunması Ukraynada aparılacaq

İranda raketlə vurulan “Boeing” təyyarəsinin “qara qutu”larının deşifrə edilməsi işləri Ukraynada aparılacaq.

APA xəbər verir ki, bu barədə Fransa Mülki Aviasiya Təhlükəsizliyi Təhqiqatı və Təhlili Bürosunun “Twitter” səhifəsində yerləşdirilən mesajda deyilir.

“Bizim büro “qara qutu”ların açılması üzrə texniki işdə iştirakını təsdiqləyir”, - deyən təşkilat nümayəndəsi bu işin Ukraynada icra olunacağını bildirib.

Mütəxəssislərin fikrincə, “istintaqın necə gedəcəyi barədə məlumatlara İran Mülki Aviasiya Təşkilatı məsuliyyət daşıyacaq”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR