• DÜNYA

    14:57 22 dekabr 2019

İraqda İŞİD terrorçularının hücumu nəticəsində 4 polis əməkdaşı ölüb

İŞİD terror təşkilatının bir qrup silahlısı İraqın Səlahəddin vilayətində polis postuna hücum edib.

ONA-nın xəbərinə görə, bu barədə “Rudaw” telekanalı məlumat yayıb.

Bayci şəhərində neft obyektlərinin mühafizəsi üçün yaradılmış posta hücum nəticəsində 4 polis əməkdaşı öldürülüb. Atışma zamanı üzərində partlayıcı qurğu olan bir terrorçu məhv edilib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR