• DÜNYA

    16:50 17 iyul 2019

İraqda Türkiyə diplomatı öldürülüb

İraqın Ərbil şəhərində restorana silahlı hücum olub.

“Anadolu” Agentliyinin xəbərinə görə, hücum nəticəsində Türkiyənin Ərbildəki Baş konsulluğunun əməkdaşı öldürülüb.

Restoran sahibi bildirib ki, konsulluq əməkdaşları içəri girəndən sonra mülki geyimli, üzərində iki silah olan şəxs onları hədəfə alaraq atəş açıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR