İspan polisi 2 tondan çox narkotik daşıyan sualtı gəmini saxlayıb
  • DÜNYA

  • 04:58 25 Noyabr 2019

İspan polisi 2 tondan çox narkotik daşıyan sualtı gəmini saxlayıb

İspaniyanın hüquq-mühafizə orqanları narkotik vasitə qaçaqmalçılığı məqsədilə istifadə olunan sualtı qayığa əl keçirib. Onun göyərtəsinə baxış keçirilərkən iki tondan çox kokain aşkar olunub.

APA xəbər verir ki, bu barədə “El Pais” qəzeti məlumat yayıb.

Məlumata görə, polis azı iki nəfəri saxlayıb. Sualtı qayıq Qalisiya muxtar icmasının sularında aşkarlanıb. Onun Kolumbiyadan gəldiyi ehtimal edilir. Təfərrüatlar barədə hələlik məlumat verilmir.

“La Voz de Galicia” qəzetinin yazdığına görə, gəminin göyərtəsində üç tondan çox kokain olub.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR