İsraildə dini bayram zamanı yaranmış izdiham nəticəsində ölüm sayı 44-ə çatıb - [color=red]YENİLƏNİB[/color]
  • DÜNYA

  • 08:39 30 Aprel 2021

İsraildə dini bayram zamanı yaranmış izdiham nəticəsində ölüm sayı 44-ə çatıb - YENİLƏNİB

İsraildə dini mərasim zamanı yaranmış izdiham nəticəsində 44 nəfər ölüb, 100-dən çox insan xəsarət alıb.

APA xəbər verir ki, bu barədə “Jerusalem Post” qəzeti məlumat yayıb.

Bundan əvvəl 38 nəfərin öldüyü deyilirdi.

***

Saat 05:09

İsrailin şimalındakı Safed şəhərinin yaxınlığında yerləşən Meron dağı bölgəsində Laq ba-Omer bayramı zamanı tribunanın çökməsi nəticəsində azı 38 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə “Haaretz” qəzeti həkimlərə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində 60-dan çox insan yaralanıb, onlardan altısının vəziyyəti ağırdır.

Bundan əvvəl “The Times of Israel” 28 nəfərin ölməsi barədə məlumat vermişdi.

Bayram təşkilatçıları tədbirdə 100 mindən çox insanın iştirak etdiyini bildirir.

Sərxan Kamallı

Teqlər:

OXŞAR XƏBƏRLƏR