• DÜNYA

    03:30 22 dekabr 2019

İstanbulda avtomobilin atəşə tutulması nəticəsində 2 nəfər ağır yaralanıb

İstanbulun Maltəpə rayonunda hərəkətdə olan avtomobildən digər avtomobilə atəş açılıb.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, atəşə tutulan avtomobildə olanlardan 2 nəfər ağır yaralanıb.

Polis atəş açaraq hadisə yerindən qaçan naməlum şəxsləri həbs etmək üçün hərəkətə keçib.

Hadisənin detalları barədə əlavə məlumat verilməyib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR