• DÜNYA

    01:30 22 dekabr 2019

İstanbulda polislə narkotik ticarətçiləri arasında silahlı qarşıdurma olub

İstanbulun Umraniyə rayonunda narkotik ticarətçiləri ilə polis arasında silahlı insident baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə bu gün Umraniyədə polisin keçirdiyi əməliyyat-axtarış tədbiri zamanı qeydə alınıb.

Narkotik ticarətində şübhəli bilinən 3 nəfər avtomobildə gedərkən polis onlara “saxla” əmri verib. Şübhəli şəxslər isə polisin xəbərdarlığına əhəmiyyət verməyərək silahla atəş açıblar.

Hüquq-mühafizə orqanlarının müdaxiləsi nəticəsində atışma zamanı şübhəlilərin hamısı həbs edilib. Onlardan birinin yaralandığı deyilir.

Faktla bağlı araşdırma davam edir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR