İlon Mask Los-Ancelesdəki mülklərindən birini 29 milyon dollara satıb
  • DÜNYA

  • 05:12 20 İyun 2020

İlon Mask Los-Ancelesdəki mülklərindən birini 29 milyon dollara satıb

Dünyanın ən varlı insanlarından olan İlon Mask Los-Ancelesdə yerləşən öz evlərindən birini 29 milyon dollara satıb.

APA xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.

Məlumata görə, malikanə may ayında 30 milyon dollara satışa qoyulub. Mask bu evi 2012-ci ildə 17 milyon dollara “Canyon Capital” hec-fondunun təsisçilərindən biri Mitçhel Culisdən alıb. Qəzet bildirir ki, Los-Ancelesin eyni bölgəsində “Tesla” və “SpaceX” rəhbərinə məxsus daha beş mülk var.

Mayın əvvəlində Mask, demək olar ki, bütün əmlakını, ilk növbədə daşınmaz əmlakını satacağına söz verdiyini deyib. May ayında “Wall Street Journal”a verdiyi müsahibəsində Mask bu qərarı həyatını sadələşdirmək və yalnız ona sentimental hisslər yaşadan şeyləri saxlamaq istəyi ilə əlaqələndirib.

“Forbes” jurnalının son hesablamalarına görə, İlon Maskın sərvəti 42,4 milyard dollardır və dünyanın ən varlı adamları siyahısında 31-ci yerdədir. Onun əsas sərmayələri alternativ elektrik enerjisi və kommersiya xarakterli kosmik xidmətlərdir.

Sərxan Kamallı

Teqlər:

OXŞAR XƏBƏRLƏR