• DÜNYA

    08:32 10 yanvar 2021

İndoneziyada xilasedicilər "Boeing 737" təyyarəsinin düşdüyü yerdə cəsədlər və metal qırıntılar aşkar ediblər

İndoneziyada qəzaya uğramış “Boeing 737” tipli sərnişin təyyarəsinin qalıqlarının tapıldığı yerdən insan cəsədlərinin hissələri, geyimlər və təyyarənin metal qırıntıları xilasedicilər tərəfindən Yava dənizindən çıxarılıb.

APA xəbər verir ki, bu barədə “Associated Press” agentliyi rəsmi qurumlara istinadən məlumat yayıb.

Milli Axtarış-Xilasetmə Agentliyinin rəhbərinin sözlərinə görə, həmin hissələr və detallar Lankanq və Laki adaları arasında tapılıb.

İndoneziyanın nəqliyyat naziri Budi Kariya Sumadi jurnalistlərə açıqlamasında bildirib ki, təyyarənin düşdüyü yer müəyyən edildikdən sonra bütün qüvvələr axtarış işləri üçün oraya göndərilib.

Hərbçilər hidrolokasiya qurğusu vasitəsilə təyyarə radarlardan itməzdən əvvəl pilotların son əlaqə qurması anından etibarən məlum olan koordinatlara uyğun yeri müəyyən edə bilib.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR