İranda 15 min 618 deputatlığa namizəd qeydə alınıb
  • DÜNYA

  • 16:32 08 Dekabr 2019

İranda 15 min 618 deputatlığa namizəd qeydə alınıb

İranda 15 min 618 deputatlığa namizəd qeydə alınıb.

ONA-nın məlumatına görə, bu barədə İran Daxili İşlər Nazirliyinin saytında məlumat yerləşdirilib.

İranda parlament seçkiləri 2020-ci il fevralın 21-də keçiriləcək. Ölkədə namizədlərin qeydiyyatına dekabrın 1-də start verilib, proses dekabrın 7-də başa çatacaq. Parlament seçkiləri üzrə qərargahın rəhbərinin müavini Camal Aref namizədlərin sayının 16 min nəfəri ötəcəyini istisna etməyib. Namizədliyi qeydə alınanların 88 faizi kişi, 12 faizi qadındır.

Namizədlərin qeydiyyatı prosesi başa çatdıqdan sonra Konstitusiyanı Mühafizə üzrə Şura onların qeydiyyatının təsdiqlənməsi məsələsinə  baxacaq.

Qeyd edək ki, namizədlər İran parlamentində 290 mandat uğrunda mübarizə aparacaqlar. 

OXŞAR XƏBƏRLƏR