• DÜNYA

    10:32 31 dekabr 2019

İranda avtobus aşıb, 10 nəfər ölüb

Bu gün İranda ağır qəza baş verib.

APA-nın Tehran bürosunun məlumatına görə, səhər saat 05:50 radələrində İsfahan-Təbrizə marşrutu ilə hərəkət edən sərnişin avtobusu Zəncan -Təbriz magistral yolunda aşıb.

Hadisə nəticəsində 10 nəfər həyatını itirib, 11 nəfər xəsarət alıb.

Avtobusun aşmasına səbəb sürücünün sürət həddini gözləməməsi və ötmə əməliyyatını düzgün həyata keçirməməsi olduğu bildirilir.

Süleyman

Teqlər:

SON XƏBƏRLƏR