İranda daha 4 nəfərdə koronavirusun “Britaniya ştamı” aşkarlanıb
  • DÜNYA

  • 13:26 10 Yanvar 2021

İranda daha 4 nəfərdə koronavirusun “Britaniya ştamı” aşkarlanıb

İranda yenidən yeni növ koronavirusun (COVİD-19) “Britaniya ştamı” aşkarlanıb

ONA-nın xəbərinə görə, bunu bu gün İran səhiyyə naziri Səid Namaki bildirib.

Səhiyyə naziri deyib ki, dünən ölkədə 4 belə hal aşkarlanıb. Virusa yoluxanlar Avropadan ölkəyə gələn bir ailənin üzvləridir.

Bununla da ölkədə koronavirusun “Britaniya ştamı”na yoluxanların sayı 5 nəfərə çatıb. Bundan əvvəl Böyük Britaniyadan gələn bir nəfərdə bu virus aşkarlanmışdı.

 

OXŞAR XƏBƏRLƏR