İranın Xarici İşlər naziri Rusiyaya rəsmi səfər edib
  • DÜNYA

  • 07:45 30 Dekabr 2019

İranın Xarici İşlər naziri Rusiyaya rəsmi səfər edib

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif rusiyalı həmkarı və digər vəzifəli şəxslərlə danışıqlar aparmaq üçün Rusiyaya rəsmi səfər edib. 

APA İRNA-ya istinadən xəbər verir ki, bazar günü axşam M.Zərifi “Vnukovo” hava limanında Rusiya Xarici İşlər Nazirliyinin Asiya İdarəsi rəhbərinin müavini Maksim Baranov və bir sıra İran rəsmiləri, o cümlədən İranın Moskvadakı səfiri Kazem Cəlali qarşılayıblar.

Zərifi bu səfərdə siyasi məsələlər üzrə müavini Abbas Arağçı və XİN-in sözçüsü Abbas Musavi müşayiət edəcək.

Bu gün iranlı nazir rusiyalı həmkarı ilə görüşəcək. Görüş zamanı regionda, habelə beynəlxalq aləmdə son durumun, eyni zamanda ikitərəfli əlaqələrin inkişaf yollarının müzakirə ediləcəyi bildirilir. 

Suriya böhranı, Fars körfəzindəki vəziyyətin də müzakirə mövzusu olacağı deyilir. 

Rəşad Sarıyev

Teqlər:

OXŞAR XƏBƏRLƏR