İranla əlaqədar yaradılan INSTEX ödəmə sisteminə qoşulan Avropa ölkələrinin sayı artıb
  • DÜNYA

  • 11:04 01 Dekabr 2019

İranla əlaqədar yaradılan INSTEX ödəmə sisteminə qoşulan Avropa ölkələrinin sayı artıb

Fransa, Almaniya və Böyük Britaniyanın ABŞ sanksiyalarından yayınmaq üçün İranla qarşılıqlı ödəmələrin həyata keçirilməsi məqsədi ilə yaratdıqları INSTEX ödəmə sisteminə Belçika, Danimarka, Finlandiya, Niderland, Norveç və İsveç də qoşulub.

ONA-nın “Alman dalğası”na istinadən verdiyi məlumata görə, bu barədə Fransa, Almaniya və Böyük Britaniya birgə bəyanat yayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp 2018-ci ilin mayında Birgə Hərtərəfli Fəaliyyət Planından çıxdığını və İrana qarşı sanksiyalar tətbiq etdiyini açıqlayıb. Tehran isə bunun qarşılığında nüvə öhdəliklərindən imtina edəcəyini bildirib.

Fransa, Almaniya və Böyük Britaniya 2019-cu ilin yanvarında ilkin mərhələdə yalnız İranın humanitar ehtiyaclarının təmin edilməsi üçün nəzərdə tutulan INSTEX sistemini yaradıb.

OXŞAR XƏBƏRLƏR