İraqda etiraz aksiyalarında ölənlərin sayı 65-ə çatıb
  • DÜNYA

  • 07:40 05 Oktyabr 2019

İraqda etiraz aksiyalarında ölənlərin sayı 65-ə çatıb

“Sky News Arabia” təhlükəsizlik və səhiyyə orqanlarındakı mənbələrə istinadən bildirib ki, İraqdakı etiraz aksiyaları nəticəsində ölənlərin sayının 65 nəfərə çatıb.

APA xəbər verir ki, bundan əvvəl İraq İnsan Hüquqları Müşahidə Birliyinin direktoru Mustafa Saadun “RİA Novosti”yə verdiyi açıqlamada nümayişlərdə ölənlərin sayının 50 nəfərə çatdığını, yaralıların isə 1936 nəfər olduğunu söyləyib.

Qeyd edək ki, Bağdadda etirazlar çərşənbə axşamından başlayıb. Çərşənbə gününə qədər isə bir neçə əyaləti əhatə edib. Nümayişçilər hökumətin istefasını, korrupsiyaya qarşı mübarizə, habelə yaşayış şəraitinin yaxşılaşdırılması, səhiyyə, təhsil və əmək bazarında problemlərin həllini tələb edirlər. Nümayişlərlə əlaqədar İranla sərhəddəki keçid məntəqələri bağlanıb.

İraq hakimiyyəti çərşənbə günündən cümə gününə qədər Bağdadda və ölkənin bir neçə əyalətində internet bağlantısını tamamilə kəsib. Cümə axşamı günü Bağdadda tətbiq olunan komendant saatı axşam saatlarında Nəcəf, Maysan, Zi-Kar, Babil və Vasit əyalətlərində də tətbiq edilib. Etirazların davam etdiyi bildirilir.

Rəşad Sarıyev

Teqlər:

OXŞAR XƏBƏRLƏR