• DÜNYA

    08:11 6 fevral 2021

İsveçrədə koronavirusa qarşı peyvənd vurulduqdan sonra 6 nəfər ölüb

İsveçrənin “Swissmedic” terapevtik məhsullar agentliyinə koronavirus əleyhinə peyvəndləmədən sonra pasiyentlərdə baş verən xoşagəlməz hallarla bağlı 63 bildiriş daxil olub.

APA İsveçrə hökumətinin saytında dərc edilmiş məlumata istinadən xəbər verir ki, peyvənd vurulduqdan sonra 6 nəfər dünyasını dəyişib.

Daxil olan bildirişlərdə penvənddən sonra bir çox insanlarda baş ağrısı, inyeksiya yerindəki ağrı, qızdırma və üşütmə müşahidə edilib.

Digərlərində isə tənəffüs çətinliyi, allergik reaksiyalar və oynaq ağrıları olub.

Ölənlərlə bağlı agentlik mütəxəssisləri bildirib ki, onlar 85-92 yaş aralığında olanlardı. "Hələlik ölümün səbəbinin peyvənd olduğunu göstərən konkret bir fakt yoxdur. Onların səhhətində ürək-damar xəstəlikləri və tənəffüs çatışmazlığı olub.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR