İtaliya səfiri İranın beynəlxalq imicinin reallıqdan fərqləndiyini bildirib
  • DÜNYA

  • 08:54 18 Dekabr 2019

İtaliya səfiri İranın beynəlxalq imicinin reallıqdan fərqləndiyini bildirib

 

 

“İranın beynəlxalq aləmdə formalaşdırılmış imici ölkə daxilindəki reallıqdan fərqlidir”. 

APA İRNA-ya istinadla xəbər verir ki, bunu İtaliyanın Tehrandakı səfiri Cüzeppe Perron Qəzvin əyalətinin qubernatoru ilə görüşü zamanı deyib.

O, iranlıların xarici KİV-də yayılan xəbərlərdən fərqli olaraq çox səmimi və qonaqpərvər insanlar olduğunu söyləyib.

Səfir qeyd edib ki, iki ölkə arasındakı əməkdaşlığın inkişafı İranın beynəlxalq aləmdə nüfuzunu müsbətə doğru istiqamətləndirə bilər.

Perrone, eyni zamanda Qəzvin əyalətinin İtaliya ilə iqtisadi əlaqələrinə işarə edərək, hər iki ölkənin turizm potensialından bəhrələnməsinin mümkün olduğunu deyib.

Rəşad Sarıyev

Teqlər:

OXŞAR XƏBƏRLƏR