KİV: "Ayn əl-Əsəd" bazasına atılmış raket zərbələri nəticəsində bir neçə iraqlı xəsarət alıb
  • DÜNYA

  • 05:44 08 Yanvar 2020

KİV: "Ayn əl-Əsəd" bazasına atılmış raket zərbələri nəticəsində bir neçə iraqlı xəsarət alıb

İraqdakı “Ayn əl-Əsəd” aviabazasına endirilmiş raket zərbələri nəticəsində bir neçə iraqlı xəsarət alıb.

APA xəbər verir ki, bu barədə “CNN” telekanalı İraqın təhlükəsizlik xidmətindəki mənbəyə istinadən məlumat yayıb.

Hücum nəticəsində ölənlərin olub-olmadığı qeyd edilməyib. Həmçinin xəsarət alanların dəqiq sayı da açıqlanmayıb.

Pentaqon sözçüsü Conatan Hoffman yazılı açıqlamasında İranın ABŞ-ın istifadəsində olan azı iki bazaya raket zərbəsi endirdiyini təsdiqləyib. Məlumata görə, “Ayn əl-Əsəd” aviabazası və Erbil şəhərinin hava limanı atəşə tutulub. Hücum zamanı 10-dan çox ballistic raketdən istifadə edildiyi bildirilir. ABŞ qoşunları və koalisiya qüvvələri arasında itkilər barədə hələlik məlumat verilməyib.

Sərxan Kamallı

Teqlər:

OXŞAR XƏBƏRLƏR