• DÜNYA

    23:07 18 avqust 2020

KİV: Malidə prezident və baş nazir qiyamçılar tərəfindən saxlanılıb

Malidə hərbi qiyamçılar paytaxt Bamakoda ölkə prezidenti İbrahim Bubakar Keytanı və Baş nazir Bubu Sisseni həbs ediblər.

APA xəbər verir ki, bu barədə “France Presse” agentliyi üsyançıların liderlərinə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, prezident və baş nazir evlərində həbs olunublar. Hazırda onları zirehli avtomobillə qiyamın baş qaldırdığı Kati hərbi bazasına aparırlar.

ONA

Teqlər:

SON XƏBƏRLƏR